Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

F-16 qırıcıları Rusiya üçün qanuni hədəfə çevriləcək - Ryabkov

© Denis Balibouse / Pool via APRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov - Sputnik Azərbaycan, 1920, 24.05.2023
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Kiyevin XHƏ zonasında istifadə etdiyi hər bir texnika, silah təbii ki, qanuni hədəfdir.
BAKI, 24 may — Sputnik. F-16 qırıcıları xüsusi əməliyyat zonasında(XHƏ) döyüşmək üçün Qərb tərəfindən Kiyevə tədarük edildikdə Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcək. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz dəfələrlə demişik ki, Kiyevin XHƏ zonasında istifadə etdiyi hər bir texnika, silah təbii ki, qanuni hədəfdir", - Ryabkov bildirib.

"Politico" qəzeti Pentaqondakı mənbəyə istinadən daha əvvəl yazıb ki, ABŞ Müdafiə Nazirliyi digər ölkələrin Ukraynaya mümkün F-16-ların verilməsinə etiraz etmir.
Eyni zamanda, mənbənin sözlərinə görə, qırıcıların təhvil verilməsi ilə bağlı belə bir qərar hələ qəbul edilməyib, Pentaqon münaqişənin hazırkı mərhələsində Ukraynanın onlara olan ehtiyacını dəfələrlə şübhə altına alıb.
Ukrayna müdafiə nazirinin müşaviri Yuri Saka bildirib ki, onlar Qərbdən 50-yə qədər F-16 qırıcısı almağa ümid edirlər və Vladimir Zelenski döyüş təyyarələri mövzusunun müzakirələrdə diqqət mərkəzində olmasını istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0