Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rus döyüşçüləri nasizmin birbaşa ardıcıllarına qarşı mübarizə aparırlar

© Sputnik / Abram Krichevskiy / Mediabanka keçidRus döyüşçüləri
Rus döyüşçüləri  - Sputnik Azərbaycan, 1920, 17.05.2023
Abunə olmaq
Rusiya lideri Vladimir Putin Rusiya yəhudilərini "Xilas və Qurtuluş" günü münasibətilə təbrik edib.
BAKI, 17 may — Sputnik. Rusiya lideri Vladimir Putin Rusiya yəhudilərini "Xilas və Qurtuluş" günü münasibətilə təbrik edərək qeyd edib ki, bu gün Rusiya Federasiyasının döyüşçüləri və komandirləri XHƏ-nin gedişatında nasizmin birbaşa ardıcılları ilə vuruşurlar.
Müvafiq teleqram Kremlin saytında dərc olunub.
"Biz və gələcək nəsillər İkinci Dünya Müharibəsi ilə bağlı tarixi həqiqəti müqəddəs şəkildə saxlamalı, millətçilik, antisemitizm, ksenofobiya ilə hər hansı əlbirliyin hansı dağıdıcı nəticələrə səbəb olduğunu başa düşməliyik", - deyə prezident vurğulayıb.
Putin hesab edir ki, bu günün geniş şəkildə qeyd olunması rus yəhudilərinin ənənələrini və gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirəcək.
"Xilas və Qurtuluş" günü 9 May 1945-ci il tarixinə düşür - o zaman yəhudi təqviminə görə 26 İyar idi. Bu il həmn gün mayın 17-nə təsadüf edir.
Bir müddət əvvəl Federasiya Şurasının spikeri Valentina Matvienko Qərbin Ukraynada nasizmi dəstəkləməsi səbəbindən Kiyev rejiminin radikal terror hərəkatları yarada bildiyini bildirmişdi. Onun sözlərinə görə, Qərb bundan sonra bunun günahını öz üzərindən ata bilməyəcək.
Öz növbəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyev rejiminin özünün nasist ideyaları ilə darmadağın edilməsinin zəruriliyini bəyan edib.
Xəbər lenti
0