Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya 2014-cü ildən bəri ilk dəfə dünyanın ən böyük on iqtisadiyyatı siyahısına qayıdıb

© AFP 2023 / DMITRY SEREBRYAKOVMoskva
Moskva - Sputnik Azərbaycan, 1920, 07.05.2023
Abunə olmaq
2015-ci ildə dünyanın on ən böyük iqtisadiyyatı sırasını tərk edən Rusiya ötən ilin nəticələrinə görə 2,3 trilyon dollar dəyərində mal və xidmətlər istehsal edib ki, bu da ona bu göstərici üzrə dünyada səkkizinci yerdə qərarlaşmağa imkan verib.
BAKI, 7 may - Sputnik. Rusiya 2022-ci ilin yekunlarına görə dünyanın ən böyük on iqtisadiyyatı siyahısına qayıdıb. Bu, səkkiz ildə ilk dəfə baş verib.
Bu barədə RİA Novosti Dünya Bankının və milli statistika xidmətlərinin məlumatlarına istinadən xəbər verib.
2015-ci ildə dünyanın on ən böyük iqtisadiyyatı sırasını tərk edən Rusiya ötən ilin nəticələrinə görə, 2,3 trilyon dollar dəyərində mal və xidmətlər istehsal edib ki, bu da ona bu göstərici üzrə dünyada səkkizinci yeri tutmağa imkan verib.
Rusiya sonuncu dəfə 2014-cü ildə 2,05 trilyon dollarla doqquzuncu yerdə olanda ilk 10 iqtisadiyyat sırasına daxil olub. 2021-ci ildə ölkə siyahıda on birinci yerdə olub.
ABŞ 2022-ci ildə 25,46 trilyon dollar nominal ÜDM ilə dünyanın ən böyük iqtisadiyyatı sırasında qalıb. İkinci yerdə Çin (17,94 trilyon dollar), üçüncü yerdə isə ənənəvi olaraq Yaponiya (4,17 trilyon dollar) qərarlaşıb.
Almaniya 4,07 trilyon dollar ÜDM ilə dördüncü, Hindistan isə 3,4 trilyon dollarla beşinci yerdə qalıb. İngiltərə 3,07 trilyon dollarla altıncı yeri, Fransa isə 2,78 trilyon dollarla yeddinci yeri qoruyub saxlayıb.
Kanada ötən ilin nəticələrinə 2,14 trilyon dollar nominal ÜDM ilə siyahıda doqquzuncu olub, bir il ərzində iki mövqe itirən İtaliya isə 2,01 trilyon dollarla onuncu yerdə qərarlaşıb. Eyni zamanda, Cənubi Koreya ilin nəticələrinə görə üç pillə geriləyərək ilk onluğu tərk edərək siyahıda 13-cü yeri tutub.
Ölkələrin ÜDM üzrə reytinqi üçün 2022-ci ildə milli statistika xidmətlərinin dövlət valyutalarında təqdim etdiyi və zəruri hallarda müvafiq dövr ərzində orta məzənnə ilə dollar şəklində yenidən hesablanan son illik və ya rüblük məlumatlar istifadə edilib. 2021-ci ildə Dünya Bankının məlumatlarından istifadə edilib.
Xəbər lenti
0