Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək - Peskov

© AP Photo / Dmitri LovetskyRusiya
Rusiya  - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Finlandiyanın NATO-ya daxil olması nəinki Rusiya üçün əlavə təhlükə yaradır, həm də Avropada təhlükəsizliyi gücləndirmir.
BAKI, 5 aprel — Sputnik. Finlandiya NATO-ya daxil olduqdan sonra yaranan yeni təhlükə səbəbindən Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edəcək.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Finlandiyanın NATO-ya daxil olmasının Rusiya Federasiyası üçün əlavə təhlükə yaratdığını vurğulayıb.
"Bu, bizi təhlükəsizlik sistemini balanslaşdırmaq üçün lazımi tədbirlər görməyə məcbur edir", - Peskov bildirib.
O, etiraf edib ki, indi Moskvanın atmaq niyyətində olduğu konkret addımları açıqlaya bilməz.
"Əlbəttə, bu, müəyyən vaxt aparacaq, bu, birdəfəlik akt deyil, zamanla uzanan prosesdir. Amma təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şey ediləcək", - Rusiya liderinin mətbuat katibi qeyd edib
Onun fikrincə, Finlandiyanın NATO-ya daxil olması nəinki Rusiya üçün əlavə təhlükə yaradır, həm də Avropada təhlükəsizliyi gücləndirmir. "Bu, şübhəsiz ki, Avropa qitəsində sabitliyin, təhlükəsizliyin və proqnozlaşdırıla bilənliyin möhkəmlənməsinə töhfə verməyən hadisədir", - Kreml sözçüsü bildirib.
Xatırladaq ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb, qərar aprelin 1-də "Rəsmi Gazete"də dərc olunub. Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun "Resmi Gazete"də dərc olunduqdan sonra qüvvəyə minib.
Xəbər lenti
0