Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin ABŞ-ı ittiham etdi: Bu, hazırkı Ukrayna böhranına gətirib çıxardı

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Amerika Birləşmiş Ştatlarının xarici siyasətdə rəngli inqilablara dəstəyi, bununla bağlı 2014-cü ildə Kiyevdə dövlət çevrilişinə dəstəyi son nəticədə hazırkı Ukrayna böhranına gətirib çıxardı.
BAKI, 5 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı rəngli inqilabları dəstəkləmək siyasəti ilə Ukraynadakı hazırkı böhranı təhrik etməkdə ittiham edib.
"Hörmətli xanım səfir, mən etimadnamələrin təqdim olunmasının zərif abu-havasını pozmaq istəmirəm və bilirəm ki, siz mənim fikrimlə razılaşmaya bilərsiniz, lakin Amerika Birləşmiş Ştatlarının xarici siyasətdə rəngli inqilablara dəstəyi, bununla bağlı 2014-cü ildə Kiyevdə dövlət çevrilişinə dəstəyi son nəticədə hazırkı Ukrayna böhranına gətirib çıxardı və əlavə olaraq Rusiya-Amerika münasibətlərinin deqradasiyasına təsir göstərdi", - Rusiya dövlətinin başçısı xarici səfirlərin etimadnaməsini qəbul edərkən ABŞ-ın Rusiyadakı səfiri Lin Treysiyə bildirib.
RF prezidenti Vladimir Putin, arxiv şəkil - Sputnik Azərbaycan, 1920, 05.04.2023
RUSİYA
Avropa İttifaqı ilə fikir ayrılıqları keçmişdə qalacaq - Putin
Xəbər lenti
0