Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada hər on ailədən birində "çörəkpulu"nu qadınlar qazanır - Tədqiqat

CC BY-SA 2.0 / Liberal Democrats / Businesswomenİşgüzar qadınlar, arxiv şəkli
İşgüzar qadınlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Analitiklər respondentlərin gündəlik xərclər üçün kifayət qədər pul olmadıqda nə etdiklərini də araşdırıblar.
BAKI, 25 mart - Sputnik. Əksər rus ailələrində kişi və qadın xərcləri bərabər şəkildə bölüşürlər. RİA Novosti "Sravni" xidmətinin araşdırmasına istinadən xəbər verir ki, bununla yanaşı, hər on ailədən birində dolandırıcı rolunu zərif cinsin nümayəndələri üzərinə götürüb.
“Xidmətin məlumatına görə, rusiyalılar 31%-i ailə xərclərini yarı bölüşür. 16% hallarda kişi ailəni təmin edir, 10% ailədə isə bu rol qadının üzərinə düşür. Respondentlərin üçdə biri tək yaşadıqlarını və özlərini təmin etdiklərini, digər 12%-ni isə valideynləri dəstəklədiklərini qeyd ediblər".
Qeyd olunur ki, tədqiqatda 1200-dən çox respondentin fikirləri öyrənilib.
Bundan əlavə, analitiklər respondentlərdən gündəlik xərclər üçün kifayət qədər pul olmadıqda nə etdiklərini soruşdular.
Belə ki, 60%-dən çoxu bu cür xərclərdən ümumiyyətlə imtina edir, 25%-i kredit kartlarından istifadə edir və ya bank krediti alır. Respondentlərin 10%-i isə dostlarından borc götürür.
© AFP 2023 / Herbert Pfarrhofer / APASupermarketdə ərzaq məhsulları ilə dolu arabası olan müştəri
Покупатель с тележкой, наполненной продуктами в супермаркете - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Supermarketdə ərzaq məhsulları ilə dolu arabası olan müştəri
Eyni zamanda, respondentlərin üçdə birindən çoxu hər il gəlirlərini artırmağa çalışır. 46% isə əmindir ki, gəlir bir çox amillərdən asılıdır və onu planlaşdırmaq çətindir.
Respondentlərin yarısının çox vaxt ödəməyə kifayət qədər pulu olmur. Analitiklər qeyd ediblər ki, respondentlərin yalnız 25%-nin fikrincə, bu, çox nadir hallarda baş verir, 14%-i maaş gününə qədər bir və ya bir neçə dəfə pul çatışmazlığı yaşayıb, qalan 12%-i isə heç vaxt belə vəziyyətlə qarşılaşmayıb.
Respondentlərin 63%-i kredit öhdəliklərinin dəqiq məbləğini “qəpiyinə qədər” bilir, qalanları isə yalnız təxmini məbləği bilir və ya heç bilmir (respondentlərin 18%-i belə cavabları seçib).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0