Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Çin lideri Rusiyaya səfər edəcək

© Sputnik / ALEXEI DRUZHININVladimir Putin və Si Cinpin
Vladimir Putin və Si Cinpin - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsinin edilməsi planlaşdırılır.
BAKI, 17 mart — Sputnik. Çin Xalq Respublikasının sədri Si Cinpin martın 20-22-də Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya səfər edəcək.
Məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bildirilib ki, səfər çərçivəsində Rusiya ilə Çin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsinin edilməsi planlaşdırılır. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.
Xəbər lenti
0