Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Marat Kasem 33 yaşını Latviya həbsxanasında qeyd edir

© SputnikMarat Kasem
Marat Kasem - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Yanvarın 5-də Sputnik Litva-nın baş redaktoru Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
BAKI, 14 mart — Sputnik. Martın 14-ü "Sputnik Litva"nın həbsdə olan baş redaktoru Marat Kasemin doğum günüdür. Kasem 33 yaşını Latviya həbsxanasında qeyd edir.
Xatırladaq ki, yanvarın 5-də Sputnik Litva-nın baş redaktoru Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Elə həmin gün keçirilən məhkəmə iclasındə həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb.
Kasemin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Jurnalist Riqa Mərkəzi Həbsxanasına köçürülüb.
Kasemin işində iki maddə var - Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluq. İkinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
"Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov RİA Novosti-yə bildirib ki, Sputnik Litva-nın baş redaktoru Marat Kasemin Latviya hakimiyyəti tərəfindən saxlanılması tamamilə qanunsuz və absurddur, bu, Latviya rejiminin mahiyyətini və bütün Avropa İttifaqı üçün təhlükəli tendensiya olduğunu göstərir.
© Sputnik / Sergey Guneyev / Mediabanka keçid“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov - Sputnik Azərbaycan, 1920, 13.03.2023
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov
Sputnik Litva-nın baş redaktoru Marat Kasemin Latviyada saxlanılması ilə bağlı Rusiya tərəfi isə bildirib ki, jurnalistin əvvəllər də təhdidlərlə üzləşməsinə görə beynəlxalq təşkilatların hadisəyə cəlb olunması tələb edilib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib:
"Biz belə bir fikrə əsaslanırıq ki, bu, Latviya tərəfindən söz azadlığı, jurnalistlərin hüquqlarının müdafiəsi, hüquq və azadlıqların toxunulmazlığı sahəsində bütün beynəlxalq öhdəliklərin pozulmasıdır".

"Uzun illərdir ki, Marat Kasem bir sıra Baltikyanı ölkələr tərəfindən təqib obyektinə çevrilib, özü də bu barədə dəfələrlə danışıb. O, kollektiv Qərbin repressiv maşınını şəxsən yaşadığını bildirib. Biz söz azadlığına səlahiyyətli beynəlxalq təşkilatların bütün beynəlxalq strukturlar vasitəsilə cəlb olunmasını tələb edirik, ona görə ki, bu jurnalist özünü təhlükə altında hiss etdiyini dəfələrlə bildirib", - deyə Zaxarova bildirib.

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Sputnik-in jurnalisti Marat Kasemin Latviyada həbsini söz azadlığına qəsd hesab edir və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından onun hüquqlarının müdafiəsi üçün mandatı çərçivəsində tədbirlər görməsini xahiş edir. Bu barədə o, "Telegram" kanalında yazıb.
© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana
Tatyana Moskalkova - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana

"Jurnalist Marat Kasemə qarşı cinayət repressiyasının tətbiqini söz azadlığına qəsd və Latviyanın jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinin pozulması kimi qiymətləndirirəm. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edirəm. Bu açıq-aşkar fakta diqqət yetirin və Marat Kasemin hüquqlarının müdafiəsi ilə bağlı mandatı çərçivəsində tədbirlər görülsün", - Moskalkova yazıb.

Ombudsman qeyd edib ki, Latviya xüsusi xidmət orqanları heç bir izahat vermədən jurnalisti Rusiyanın xeyrinə casusluqda ittiham edib və məhkəmə ən ciddi tədbiri - həbsi seçib.
Yanvarın 6-da Latviya səfirliyinin qarşısında Riqada saxlanılan Sputnik Litva-nın baş redaktoru Marat Kasemə dəstək aksiyası keçirilib.
Aksiya iştirakçıları əllərində "Rusiya jurnalistlərindən əllərinizi çəkin!", "Söz azadlığında nə var, Latviya?" sözləri yazılmış plakatlar tutublar.
Etirazçılar arasında olan "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Kasemin azad edilməsinə çağırış etməkdir.
Dmitri Kiselyov bildirib ki, Kasemin saxlanması Rusiya mediası üçün gördüyü işin qisasıdır, jurnalistin özü Latviya rejimi tərəfindən siyasi təqiblərə məruz qalır və tez-tez bu barədə danışıb.
Marat Kasem onun vəziyyətinə görə narahat olan və kömək edən hər kəsə təşəkkür edib.
Kasem Riqadan olan dostu Deqi Karaevə məktub yazıb. Deqi Karaev onu "Telegram" kanalında yerləşdirib.
Sputnik Litva-nın baş redaktoru bir həftə ərzində 8 kiloqram arıqladığını bildirib.
O, təsdiqləyib ki, Latviya hakimiyyəti onu 84-cü maddə - iqtisadi sanksiyaları pozmaqda ittiham edir.

"Verilişlərimizin super reytinqini nəzərə alaraq, Sputnik-də işləməyimi inkar etmək axmaqlıq olardı. Latviya mediası mənim həbsimə çox sevinib? Allah onları mühakimə etsin!", - deyə Kasem yazıb.

O, həmçinin ondan narahat olan və kömək edən hər kəsə təşəkkür etməyi xahiş edib. "Mən hər şeyi hiss edirəm və daşqın emosiyalardan göz yaşları axır!" - Kasem yazıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya BMT və ATƏT daxil olmaqla, müvafiq beynəlxalq təşkilatlar vasitəsilə Sputnik Litva-nın baş redaktoru Marat Kasemi azad etməyə çalışacaq.
© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN-in sözçüsü Mariya Zaxarova
Брифинг официального представителя МИД России М. Захаровой - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova
"Sputnik Litva-nın baş redaktorunun azad edilməsində müvafiq beynəlxalq strukturlar, o cümlədən BMT, UNESCO-nun iştirakını təmin etməyə çalışacağıq. Amma əmin deyiləm ki, ATƏT-də hələ də ümid ediləsi nəsə var. Ən azından biz fəaliyyətsizliyinə görə ATƏT-i günahlandıracağıq. Əgər bu struktur hələ də özünün mövcudluğunu bəyan edirsə, nəticə ortaya qoymalıdır", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya ümid edir ki, Kasemə qarşı siyasi motivli təqiblərə insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları layiqli cavab verəcək.
"Latviyada siyasi terrora son qoyulmalı, Marat Kasem azadlığa buraxılmalı və öz peşə fəaliyyətini bərpa etməlidir", - o, fikirlərini tamamlayıb.
"Latviyanın, Litvanın və ya Estoniyanın, yəni Baltikyanı ölkələrin indi edə biləcəyi ən axmaq iş - vəhşi deyil, qorxunc deyil, amma axmaqlıq - tutmaq, həbs etmək və sairdir. Bilirsiniz niyə? Çünki aydın olur ki, bu, jurnalistin siyasi motivlərlə təqibidir. Bu, nəyinsə qarşısının alınması və ya birdəfəlik hərəkət deyil", - Zaxarova "Solovyov Live"in efirində bildirib.
Diplomat qeyd edib ki, Kasem Rusiyada tamamilə normal işləyir və peşə etikası və qanunvericiliyə uyğun olaraq jurnalist vəzifəsini yerinə yetirirdi.
"O, Baltikyanı ölkələrin ərazisinə, xüsusən də Latviyaya gələn kimi orada tutuldu və saxlandı. Bütün bunları onların öhdəsinə buraxıram, çünki bunun ədalətlə heç bir əlaqəsi yoxdur. Bir daha təkrar edirəm: bu, peşəkar jurnalist fəaliyyətinə görə, siyasi səbəblərə görə təqibdir", - o vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Kasemin Latviyada saxlanması onun prinsiplərə sadiqliyinə görə diktatura rejimlərinin qisasıdır və müxalif fikirlərə qarşı terrordur. Rusiya Ombudsmanı Tatyana Moskalkova Sputnik Litva-nın baş redaktorunun saxlanmasını söz azadlığına qəsd adlandırıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına müraciət edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov vəziyyəti şərh edərkən RİA Novosti-yə bildirib ki, RJB bunu ən ciddi pozuntulardan biri hesab edir və baş verənlər barədə bütün beynəlxalq jurnalist hüquq müdafiə təşkilatlarına məlumat göndərəcək.
Yanvarın 18-də Məhkəmə Latviyada həbs edilən Sputnik Litva-nın baş redaktoru Marat Kasemi həbsdə saxlayıb, apellyasiya şikayəti təmin edilməyib. "Məhkəmə Marat Kasemi həbsxanada saxlayıb. Vəkillərin verdiyi apellyasiya şikayəti təmin edilməyib, əvvəlki həbs-qətimkan tədbiri qüvvədə saxlanıb", - "Sputnik Blijneye Zarubejye"nin "Telegram" kanalı məlumat yayıb.
Həmçinin qeyd edilir ki, Marat Kasemin müdafiəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək.
"Müdafiə tərəfinin növbəti addımı Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməkdir", - məlumatda deyilir.
Yanvarın 24-də Sputnik Litva-nın Latviyada həbs edilən baş redaktoru Marat Kasem həmkarlarına yeni məktub yazıb və onlara dəstəyə görə təşəkkür edib.
Məktubda o, nənəsinin ölüm xəbərini necə ağır qəbul etdiyini və dəfn mərasimindən əvvəl vidalaşmaq üçün həbsxanadan aparıldığını da bildirib.

"Başsağlığınıza görə sağ olun, baş verənləri qəbul etmək çox çətin oldu. Bəla, necə deyərlər, tək gəlmir. Belə kədərdə zaman maşını kömək etməz, amma məktublarınız kömək edə bilər, hətta çox!", - portal onun məktubundan sitat gətirir.

Kasem həmkarlarına güc, kreativlik və yaradıcılıq uğurları arzulayıb və Latviyada "hər şeyin mümkün olduğunu" bildirib.
"Mən istintaqı bir daha təhrik etməyəcəyəm və işimi tamamilə sizə etibar edirəm. Bunun öhdəsindən gələ bilərsiniz! Hamı üçün darıxıram", - deyə o əlavə edib.
Martın əvvəlində isə Riqa məhkəməsi , Sputnik Litva-nın baş redaktoru Marat Kasemin həbs müddətini daha iki ay uzadıb.
Qeyd edək ki, Kasem Latviya vətəndaşıdır, o, bir neçə ildir ki, Moskvada yaşayır, Sputnik Litva-nın da daxil olduğu "Rossiya Seqodnya" media qrupunda işləyir. 30 dekabr 2022-ci ildə jurnalist ailəvi səbəblərə görə Latviyaya gedib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0