Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DYP dumanlı hava ilə bağlı müraciət edib

© Sputnik / Murad OrujovBakıda dumanlı hava
Bakıda dumanlı hava - Sputnik Azərbaycan, 1920, 11.03.2023
Abunə olmaq
DYP sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
BAKI, 11 mart — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.
Polis mayoru qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Xəbər lenti
0