Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrovun Azərbaycana səfərinin tarixi açıqlanıb

© AFP 2023 / YURI KOCHETKOVГлава МИД России Сергей Лавров, фото из архива
Глава МИД России Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.02.2023
Abunə olmaq
Zaxarova Rusiya XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunmasının planlaşdırıldığını qeyd edib.
BAKI, 22 fevral - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Zaxarova Rusiya XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul olunmasının planlaşdırıldığını qeyd edib.
Xəbər lenti
0