Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən AİB ölkələrinin başçılarına təklif

© POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 23.01.2023
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin AİB ölkələrinin başçılarını strateji inkişaf istiqamətlərinin gedişatını qiymətləndirməyə dəvət edib.
BAKI, 23 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin başçılarını 2025-ci ilə qədər strateji inkişaf istiqamətlərinin həyata keçirilməsini qiymətləndirməyə və 2023-cü ildə yeni sənədlərin hazırlanmasına başlamağı təklif edib.
"Biz bütün sahələrdə - siyasi, iqtisadi, sənaye, maliyyə və texnoloji sferalarda inteqrasiyanın daha da dərinləşməsinə töhfə vermək üçün əlimizdən gələni edəcəyik. Bu baxımdan, mövcud "Avrasiya iqtisadi inteqrasiyasının 2025 - ci ilə qədər inkişafının strateji istiqamətləri" nin həyata keçirilməsinin gedişatını birlikdə qiymətləndirməyi və bu il 2030 və 2045-ci illərə qədər olan dövr üçün inteqrasiya qarşılıqlı fəaliyyətinin əsas vektorlarını müəyyənləşdirəcək yeni uzunmüddətli planlaşdırma sənədlərinin hazırlanmasına başlamağı məqsədəuyğun hesab edirik", - deyə bildirilib.
Xəbər lenti
0