Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın siyasi sistemi və iqtisadiyyatı sanksiyaların təzyiqinə tab gətirdi

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında bildirib ki, ölkə öz sakinləri qarşısında bütün sosial öhdəlikləri yerinə yetirməkdə davam edir.
BAKI, 29 dekabr — Sputnik. Qərb sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatını məhv edə bilmədi.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında bildirib.
Siyasətçinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı məhdudlaşdırıcı tədbirlərin tətbiqindən sonra Rusiya Federasiyasında inflyasiyanın 100%-i ötəcəyini, Rusiya valyutasının məzənnəsinin bir dollar üçün 200 rubla qədər düşəcəyini, ölkənin ÜDM-nin isə 25% azalacağını gözləyirdi. Lakin bu proqnozlar özünü doğrultmadı.
"Ölkəmizə qarşı misli görünməmiş təzyiqlərə və 13 mindən çox sanksiya tətbiq edilməsinə baxmayaraq, prezidentimizin yaratdığı siyasi sistem və iqtisadi model öz effektivliyini sübut edərək sağ qaldı", - deyə Volodin yazıb.
O qeyd edib ki, ölkə öz sakinləri qarşısında bütün sosial öhdəlikləri yerinə yetirməkdə davam edir. İşsizlik səviyyəsi 3,7%-lə tarixi minimuma çatıb. Rusiya Federasiyasında inflyasiya cüzi bir şəkildə - 12,2% təşkil edir, baxmayaraq ki, bu rəqəm bir sıra Aİ ölkələrində artıq 21%-i keçib.
Bu il Rusiya Federasiyasında rekord həddə - 150 milyon ton taxıl yığılıb. Həmçinin, 100 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da tarixdə rekord göstəricidir.
Dövlət Dumasının sədri eyni zamanda, vurğulayıb ki, iqtisadiyyatda yüksək nəticələrin əldə edilməsi "arxayınlıq yaratmamalıdır".
"Problemlər hələ çoxdur. Onları da həll etmək lazımdır", – deyə siyasətçi yazıb.
Bundan əvvəl Rusiya Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin Qərb analitiklərinin Rusiya iqtisadiyyatındakı vəziyyətlə bağlı mənfi proqnozlarının özünü doğrultmadığını bildirmişdi. Baş nazirin sözlərinə görə, 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 2% azalıb.
Xəbər lenti
0