Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Prezidenti Si Cinpinlə danışıqlar aparacaq - Peskov

© Sputnik / Владимир АстапковичPrezidentin mətbuat katibi Dmitri Peskov
Prezidentin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Peskov qeyd edib ki, danışıqlar üçün hazırlıq işləri görülür, vaxtı və formatı ilə bağlı məlumat veriləcək.
BAKI, 26 dekabr — Sputnik. İlin sonunadək Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə danışıqlar aparması planlaşdırılır.
Bu barədə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, danışıqlar üçün hazırlıq işləri görülür: "Biz çinli dostlarımızla birlikdə bu barədə vaxtında məlumat verəcəyik", - o əlavə edib.
Peskovun sözlərinə görə, danışıqların formatı haqqında nəsə demək hələ tezdir.
Qeyd edək ki, ötən gün Çinin xarici işlər naziri Van İ Rusiya və Çin arasında siyasi və strateji qarşılıqlı etimadın son bir ildə gücləndiyini, iki ölkə arasında münasibətlərin daş kimi möhkəm olduğunu bildirib. Van İ əlavə edib ki, 2022-ci ildə Rusiya və Çin dostluq və mehriban qonşuluq münasibətlərini dərinləşdirib, hərtərəfli strateji əməkdaşlıq "daha möhkəm" olub. Diplomat onu da qeyd edib ki, Moskva ilə Pekin arasında münasibətlər heç bir üçüncü tərəfə qarşı yönəlməyib.
Xəbər lenti
0