Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Maqadan vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb, 1 ekipaj üzvü xəsarət alıb

© Sputnik / Виталий Аньков / Mediabanka keçidMi-8 helikopteri, arxiv şəkli
Mi-8 helikopteri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Qəza bazar ertəsi yerli vaxtla saat 11:30-da (Moskva vaxtı ilə 03:30) baş verib.
BAKI, 19 dekabr — Sputnik. Mi-8 helikopteri Maqadan vilayətində məcburi eniş edib və aşaraq yanıb. Üç ekipaj üzvündən biri xəsarət alıb. Bu barədə Rusiyanın Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin "Telegram" kanalında məlumat verilib.
İlkin məlumatlara görə, qəza bazar ertəsi yerli vaxtla saat 11:30-da (Moskva vaxtı ilə 03.30) baş verib.
Göyərtəsində üç ekipaj üzvü olan Mi-8 helikopteri "Maqadan-13 – Taxtoyamsk qəsəbəsi" marşrutu ilə uçaraq, Maqadan vilayətinin Taxtoyamsk qəsəbəsi yaxınlığında məcburi eniş edib... Helikopter yerüstü obyektlə toqquşub və aşaraq yanıb... Ekipaj üzvlərindən biri xəsarət alıb", - deyə press-relizdə bildirilir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması, böyük ziyana səbəb olmaqla) ilə cinayət işi başlanıb.
Xəbər lenti
0