Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Mixail Mişustin Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

© Photo : AZƏRTACMixail Mişustin Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Mixail Mişustin Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
 - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və Zərifə ƏIiyevanın xatirəsini ehtiramla yad edib.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
© Photo : AZƏRTACMixail Mişustin Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Председатель Правительства Российской Федерации Михаил Мишустин посетил могилу великого лидера и Шехидляр хиябаны - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Mixail Mişustin Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Xəbər lenti
0