Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycanla sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib

© Sputnik / Murad OrujovЦеремония открытия моста на реке Самур между Азербайджаном и Россией
Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan, 1920, 08.11.2022
Abunə olmaq
Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib.
BAKI, 8 noyabr - Sputnik. Rusiya Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemini dəyişib.
Bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğudur.
“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, - deyə məlumatda deyilir.
Yük daşımaları üçün bütün zolaqlar avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.
“Yük avtomobillərinə Rusiya Federasiyası ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur”, - deyə mətbuat xidməti əlavə edib.
Xəbər lenti
0