Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin dünya düzənindəki “tektonik dəyişikliklər" və Ukraynada baş verənlərin səbəbi barədə

© Sputnik / Павел Быркин / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 27.10.2022
Abunə olmaq
Rusiya prezidenti qeyd edib ki, dünyada mövcud vəziyyətin və Ukraynada baş verən hadisələrin, o cümlədən xüsusi hərbi əməliyyatın başlanmasının səbəbkarı Rusiya deyil, Qərbdir.
BAKI, 27 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Valday" Diskussiya Klubunun illik plenar iclasında çıxışı zamanı dünyada və Ukraynada baş verənlərə aydınlıq gətirib. Ukrayna xalqını rus xalqınını qardaşı adlandıran prezident NATO-nun genişlənməsinə də toxunub.
Dünya düzənindəki “tektonik dəyişikliklər"
Rusiya prezidenti Vladimir Putin Ukraynada baş verənləri və digər son hadisələri dünya düzənindəki “tektonik dəyişikliklərin” bir hissəsi adlandırıb.
"Desək ki, son zamanlar və hazırda baş verən hadisələr, o cümlədən, indi Ukrayna istiqamətində baş verənlər Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra olan dəyişikliklərdir, yox. Bütün bu dəyişikliklər uzun müddətdir ki, baş verir. Bu və ya digər şəkildə kimsə buna diqqət yetirir, kimsə yox. Amma bunlar bütün dünya düzənindəki tektonik dəyişikliklərdir”, - Putin deyib.
Qərbin günahları
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, dünyada mövcud vəziyyətin və Ukraynada baş verən hadisələrin, o cümlədən xüsusi hərbi əməliyyatın başlanmasının səbəbkarı Rusiya deyil, Qərbdir.
"Mövcud vəziyyətə... Ukraynada baş verənlərə, biz yox, Qərb gətirib çıxardı. Məgər orada bir sıra faciəli hadisələrə, o cümlədən bizim xüsusi hərbi əməliyyatımıza səbəb olan dövlət çevrilişini biz həyata keçirdik?" - Putin deyib.
Onun sözlərinə görə, Qərb 2014-cü ildə Ukraynada dövlət çevrilişinə xərclənən məbləği açıqlamaqla bu hadisələrin təşkilatçısı olduğunu etiraf edib:
“Müxtəlif çevrilişlər hazırlayıb həyata keçirirlər. Onlardan biri 2014-cü ildə Ukraynada baş vermiş faciəli hadisələrə gətirib çıxardı. Onu dəstəklədilər. Bu çevriliş üçün nə qədər pul xərclədiklərini dedilər. Onlar sadəcə yollarını azıblar. Heç nədən utanmırlar".
NATO-nun genişlənməsi
Rusiya liderinin sözlərinə görə, Şimali Atlantika Alyansının Ukrayna hesabına genişlənməsi Rusiya Federasiyası üçün qəbuledilməz idi.
"Hər kəs bunu bilirdi, lakin onlar sadəcə olaraq buna məhəl qoymadılar, bizim təhlükəsizlik maraqlarımızı tamamilə görməməzliyə vurdular”, - Putin bildirib.
"Rusiyanın ötən ilin sonunda genişlənməmək barədə razılığa gəlmək üçün daha bir cəhdi yenə uğursuz oldu. Bizi sadəcə yola saldılar və bitdi. Onlar dedilər: "Yaxşı, oturun orda, eybi yoxdur", - Rusiya lideri bildirib.
O vurğulayıb ki, NATO tərəfindən Ukrayna ərazilərinin mənimsənilməsi uzun müddətdir ki, davam edir.
Ukraynanın müstəqilliyinin qarantı
Putin hesab edir ki, Ukraynanın suverenliyinin yeganə təminatçısı yalnız onu yaradan Rusiya ola bilər.
“Açığını deyim ki, Ukrayna dövlətçiliyinin, suverenliyinin və ərazi bütövlüyünün yeganə real, ciddi təminatçısı yalnız bugünkü Ukraynanı yaradan Rusiya ola bilərdi”, - Rusiya Federasiyasının Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, imperiyanın dağılmasından sonra SSRİ-ni yaradan zaman o dövrün bolşevik rəhbərliyi orada yaşayan əhalidən soruşmadan, əslən Ukraynadan olan bolşeviklərin millətçi təfəkkürlü hissəsinə ilkin olaraq Rusiya ərazilərini vermək qərarına gəlib.
"Bu mənada Ukrayna təbii ki, süni dövlət kimi formalaşıb. Üstəlik, İkinci Dünya Müharibəsindən sonra, bu da tarixi faktdır, Stalin bir sıra Polşa ərazilərini, bir sıra Macarıstan, Rumıniya ərazilərini bu ölkələrdən alaraq Ukraynaya qatıb”, - Putin bildirib.
Ruslar və ukraynalılar bir xalqdır
Rusiya dövlətinin başçısı bildirib ki, ruslar və ukraynalılar mahiyyətcə bir xalqdır və hazırda Ukraynada baş verənləri vətəndaş müharibəsi adlandırmaq olar fikri ilə qismən razılaşır.
"Ruslar və ukraynalıların mahiyyətcə bir xalq olması tarixi faktdır”, - Putin deyib.
"Rusiya ilə Ukrayna arasında baş verənləri vətəndaş müharibəsi adlandırmaq olarmı?" sualına Putin "qismən bəli” cavabını verib.
"Təəssüf ki, bir sıra səbəblərə görə özümüzü müxtəlif dövlətlərdə tapdıq" deyən Putin əmindir ki, “vahid rus xalqını parçalamaq cəhdləri” 19-cu əsrdən başlayıb.
“Bu 19-cu əsrdə baş verməyə başladı, getdikcə daha geniş miqyas aldı, digər şeylərlə yanaşı, Qərb tərəfindən də dəstəkləndi”, - Rusiya prezidenti deyib.
O əlavə edib ki, “əhalinin bir hissəsi yetişdirilirdi və bu, kiminsə xoşuna gəlməyə başladı”.
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 27.10.2022
RUSİYA
Rusiya ukraynalıların harada "çirkli bomba" hazırladığını bilir
Xəbər lenti
0