Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukraynanın itkilərini açıqladı

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidАртиллерия ЛНР стреляет агитснарядами с листовками по позициям ВСУ
Артиллерия ЛНР стреляет агитснарядами с листовками по позициям ВСУ - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Məlumata görə, gün ərzində Nikolayev-Krivorojsk istiqamətində Rusiya qoşunları Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin taktiki qruplarının qüvvələri tərəfindən bölmələrə iki hücum cəhdinin qarşısını alıblar.
BAKI, 21 oktyabr — Sputnik. Nikolayev-Krivoy Roq istiqamətində Ukraynanın 20-yə qədər təxribat-kəşfiyyat qrupu Rusiya qoşunlarının arxa hissəsinə keçməyə cəhd edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, gün ərzində Nikolayev-Krivorojsk istiqamətində Rusiya qoşunları Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin taktiki qruplarının qüvvələri tərəfindən bölmələrə iki hücum cəhdinin qarşısını alıblar.
"Bundan başqa, gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin 20-yə qədər təxribat-kəşfiyyat qrupunun arxa istiqamətdə hücum etmək cəhdlərinin qarşısı alınıb. Nəticədə 120-dən çox ukraynalı hərbçi, 6 zirehli döyüş maşını və 13 texnika Rusiya qüvvələrinin artilleriya atəşi və qoşunların aktiv hərəkətləri nəticəsində məhv edilib", - nazirlikdən bildirilib.
Bununla yanaşı, Xerson vilayətində Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli zərbəsi nəticəsində Ukrayna hərbi texnikası saxlanılan anqar məhv edilib.
Ukrayna hərbçiləri Zaporojye istiqamətində Vremevski kənarı ərazidəki Rusiya mövqelərinə də hücum etməyə cəhd ediblər, ancaq hücumlar dəf edilib.
Düşmənin ilkin mövqelərinə qaytarıldığı qeyd edilir.
"40-dan çox ukraynalı hərbçi, iki tank, üç zirehli döyüş maşını və Ukrayna Silahlı Qüvvələrinə məxsus beş pikap məhv edilib", - Rusiya Müdafiə Nazirliyi əlavə edib.
Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Rusiya artilleriyaçıları Ukrayna Silahlı Qüvvələrinin Krasnolimansk istiqamətində Jerebets çayını keçmək cəhdinin qarşısını alıb.
"Krasnolimansk istiqamətində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin iki motoatıcı rotasının qüvvələri ilə "Luqansk Xalq Respublikası"nın Novovodyanoe və "Donetsk Xalq Respublikası"nın Torskoye yaşayış məntəqələri ərazilərində Jerebets çayını ələ keçirmək üçün növbəti hücum cəhdinin qarşısını alıblar", - deyə məlumatda qeyd olunub.
Onun sözlərinə görə, Rusiya artilleriyaçıları kütləvi atəşlə Ukrayna Silahlı Qüvvələrinin irəliləyən bölmələrini dayandıraraq geri çəkilməyə məcbur ediblər.
"Nəticədə 25 ukraynalı hərbçi, iki piyada döyüş maşını və iki pikap məhv edilib", - Konaşenkov əlavə edib.
Rusiya aviasiyası, raket qüvvələri və artilleriyası Ukrayna qoşunlarının və əcnəbi muzdluların bir sutka ərzində səkkiz müvəqqəti dislokasiya nöqtəsindəki bölmələrini vurub, iki silah-sursat anbarını və hərbi texnika üçün yanacaq anbarını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Donetsk vilayətində və Xerson vilayətində üç komanda məntəqəsinə, həmçinin atəş mövqelərindəki 69 artilleriya bölməsinə, canlı qüvvə və 167 rayonda hərbi texnikaya zərbələr endirib.
"Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri və xarici muzdluların Zaporojye vilayətinin Kamışevax, Xerson vilayətinin Sadok, Bezimennoye, Pyatixatki, "Donetsk Xalq Respublikası"nın Kramatorsk, Artemovsk yaşayış məntəqələri ərazilərində səkkiz müvəqqəti dislokasiya nöqtəsi vurulub. Xerson vilayəti və Zaporojye şəhərinin yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin iki döyüş sursatı, raket və artilleriya silahları anbarı məhv edilib", - nazirliyin məlumatında deyilir.
Həmçinin, Müdafiə Nazirliyi Nikolayev vilayətində Ukrayna hərbi texnikası üçün yanacaq anbarının məhv edildiyi barədə məlumat yayıb.
Rusiya hava hücumundan müdafiə sistemləri son zərbələr zamanı Ukraynaya məxsus 33 HIMARS RYAS mərmisini, iki HARM anti-radar raketini və altı PUA-nı vurub.
"Hərbi əməliyyatlar başlayandan indiyədək 324 təyyarə, 162 helikopter, 2302 pilotsuz uçuş aparatı, 383 zenit-raket kompleksi, 5939 tank və digər zirehli döyüş maşını, 874 reaktiv yaylım atəş sistemi döyüş maşını, 3513 səhra artilleriya qurğusu və minaatan, həmçinin 6685 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - Rusiya MN-in bəyanatında deyilir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Xəbər lenti
0