Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Consonun baş nazirliyə mümkün namizədliyi Britaniyanın daxili işidir - Peskov

© AP Photo / Mary TurnerConson
Conson - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbət zamanı söyləyib ki, Rusiya digər dövlətlərdən fərqli olaraq, başqalarının işinə qarışmır.
BAKI, 21 oktyabr — Sputnik. Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Britaniya Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə mümkün namizədliyinin irəli sürülməsi ölkənin daxili işidir. Rusiya digər dövlətlərdən fərqli olaraq, başqalarının işinə qarışmır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbət zamanı bildirib.

"Bu bizim işimiz deyil, bu Britaniyanın daxili işidir. Bizdə digər ölkələrdən fərqli olaraq başqasının işinə qarışmaq vərdişi yoxdur. Təbii ki, indi heç kimdən, kollektiv Qərbdən, o cümlədən Böyük Britaniyadan hər hansı fərziyyə və bir növ siyasi müdriklik gözləmək olmaz. Xüsusən də Böyük Britaniyada, əslində, insanlar icraedici hakimiyyətin başçısını faktiki olaraq seçmirlər. O, hansısa partiyadaxili çaxnaşmalar nəticəsində meydana çıxır. Amma yenə də bu, Böyük Britaniyanın daxili işidir", - deyə Peskov bildirib.

Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri Liz Trass bu günlərdə istefa verdiyini elan edərək, xələfi seçilənə qədər kabinetin rəhbəri vəzifəsində qalacağını qeyd edib. Trass cəmi 44 gün baş nazir vəzifəsini icra edib və bu, onu Britaniya tarixində ən qısa müddətdə hakimiyyətdə olan baş nazir edib.
Daha sonra Böyük Britaniyanın keçmiş Baş naziri Consonun seçkilərdə namizədliyini irəli sürə biləcəyi barədə məlumatlar yayılıb. İyulun 7-də o, Nazirlər Kabineti üzvlərinin kütləvi şəkildə istefa verməsindən və onun ünvanına səsləndirilən tənqidlərdən sonra Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Xəbər lenti
0