QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağa 2025-ci ilədək bir milyona yaxın turistin səfər etməsi proqnozlaşdırılır

© Sputnik / Murad OrujovŞuşa şəhərinin mənzərəsi
Şuşa şəhərinin mənzərəsi - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Qarabağ iqtisadi rayonu üzrə işğaldan azad edilmiş ərazilərin 13 faizi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib.
BAKI, 8 oktyabr-Sputnik. İşğaldan azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər etməsi gözlənilir.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda bildirib.
“Bu baxımdan, infrastruktur və yenidənqurma işləri çərçivəsində Qarabağda otellərin və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, bölgənin tarixi, mədəni və mənəvi irsinin dünyada təbliğində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, beynəlxalq turizm sərgilərində bölgənin tanıdılması işinin effektiv qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də vacib şərtlərdəndir. Düşünürəm ki, qeyd olunan işlərin icrasında nəinki təkcə məsul dövlət qurumları, eyni zamanda, hər bir vətəndaşımız, o cümlədən xaricdə yaşayan vətəndaşlarımız səfərbər olmalıdırlar”, - deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.
O bildirib ki, Qarabağın turizm potensialından tam istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür: ərazidə təhlükəsizliyin təmin edilməsi, infrastrukturun yaradılması, əhalinin geri qayıtması. Bunları nəzərə alaraq, birinci ərazilərin minalardan təmizlənməsi işlərinə başlandı.
Emin Hüseynov qeyd edib ki, Ermənistan beynəlxalq təzyiq altında minalanmış bəzi ərazilərin xəritələrini versə də, bu xəritələrin dəqiqliyi yalnız 25 faizdir:

“Lakin Azərbaycan üzləşdiyi bütün çətinliklərə baxmayaraq, digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 13 faizini minalardan və digər partlamamış hərbi sursatlardan təmizləyərək tam miqyasda minatəmizləmə əməliyyatlarını davam etdirir”.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bərabər, yenidənqurma işlərinə də başlandığını xatırladan E.Hüseynov bildirib ki, əsas və sosial infrastrukturun tikintisi hazırda sürətlə davam edir:
“Əsas infrastruktur haqqında qeyd etmək istərdim ki, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində eyni vaxtda iş aparılır. Bu gün Qarabağ iqtisadi rayonunda 9 magistral və 2 dəmir yolu tikilir. Səkkiz 8 ay ərzində - rekord müddətdə möhtəşəm Füzuli Beynəlxalq Hava Limanı tikilib təhvil verilib. Eyni zamanda, enerji və su təchizatı, eləcə də İKT infrastrukturu sahəsində böyük tikinti işləri aparılır”.
Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Xəbər lenti
0