Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ruslar İspaniya və Almaniyada daha çox dincəlməyə başlayıblar

© AP Photo / Emilio MorenattiBarselona
Barselona - Sputnik Azərbaycan, 1920, 20.06.2022
Abunə olmaq
Rusiyadan Azərbaycana aviauçuşların sayı 72% artıb.
BAKI, 20 iyun — Sputnik. Yayın ilk ayında rusiyalı turistlər daha çox xarici ölkələrə aviabiletləri almağa başlayıblar.
Səyahət planlaşdırma xidməti olan OneTwoTrip-in analitikləri iyunun 1-dən 30-a kimi gedişlərlə bağlı rezervasiyaları təhlil edib və onları ən populyar 30 ölkə üzrə may ayının göstəriciləri ilə müqayisə ediblər.
Məlum olub ki, İspaniyaya sifarişlərin payı iki dəfə artıb. Ruslar, həmçinin,Almaniyada bayramlara daha çox maraq göstəriblər. Bu istiqamətə tələbat 82% artıb.
İyunun 1-dən etibarən ölkə hakimiyyəti turistlərə COVİD sənədləri təqdim etmədən daxil olmağa icazə verdi.
Həmçinin, Azərbaycan (+72%), Özbəkistan (+63%), İtaliya (+45%) və Fransa (+44%) kimi ölkələrə aviauçuşların sayı artıb.
Bundan əvvəl BXA (Biznes-xəbər agentliyi) xəbər vermişdi ki, rusiyalı turistlərin olmaması səbəbindən İspaniya, təxminən, 83 milyon avro itirəcək.
Xəbər lenti
0