Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Formula 1: Bu andan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılır

© REUTERS / MAXIM SHEMETOVГородская трасса Баку "Гран-при Азербайджана Формулы-1"
Городская трасса Баку Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Paytaxt sakinləri və şəhərin qonaqlarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələri xahiş olunur.
BAKI, 13 may - Sputnik. 2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş edib.
Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.
Formula-1 Bakı yarışları paytaxtımızda 2016-cı ildən keçirilir. Bu il Formula-1 Bakı yarışları iyunun 10-12-si keçiriləcək.
Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km (1.4 mi) dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda Formula-1 yarışı - Sputnik Azərbaycan, 1920, 08.05.2022
İDMAN
Formula-1-lə bağlı paytaxtın bu küçələrində hərəkət məhdud olacaq
Xəbər lenti
0