QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Horadiz-Ağbənd dəmir yolunda son vəziyyət necədir?

© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Prezidentin ötən il açılışını etdiyi Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ildə istifadəyə verilməsi üçün sürətli iş gedir.
BAKI, 15 aprel — Sputnik. Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Bu barədə təşkil olunan media-tur çərçivəsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.
Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Natavan Bayramova həmçinin bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə və tikinti işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri tərəfindən yerinə yetirilir:
© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
"Yol üzərində 9 ədəd stansiya binasının və 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bununla yanaşı 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur. Dəmir yolu xəttində tikinti işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 82 km ərazi minalardan təmizlənib.
Natavan Bayramova həmçinin bildirib ki, dəmir yol xəttinin 16-cı kilometrliyinə kimi olan məsafədə artıq son tamamlama işləri aparılır. 25 m uzunluğunda olan reyslər sökülərək götürülür, əvəzinə 800 m-lik reyslər düzülür. Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Birinci mərhələ üzrə işlərin 89 faizi yekunlaşdırılıb. Yolun ikinci mərhələsi üzrə işlər sürətlər davam etdirilir.
© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
I mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyəti 89% təşkil edir. II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, bu mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri 20%, suni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% həcmində yerinə yetirilib.
© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
"İkinci mərhələ yolun 30 kilometrlik hissəsindən 85 kilometrlik hissəsinə qədər olan ərazini əhatə edir. 85 kilometredən 110 kilometrə qədər olan üçüncü mərhələni əhatə edən hissədə isə işlər minatəmizləmə işlərinə paralel aparıldığından hələ ki, minatəmizləmə işlərinin tamamailə yekunlaşmasını gözləməkdəyik. Yolun 82 kilometrlik hissəsi təəssüf ki, həddən artıq minalanmış ərazilərdir. Çox sürətlə davam edən bu işlər yekunlaşdıqca, yol tikintisi də sürətlə həyata keçirilməkdədir".
© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
Natavan Bayramova onu da əlavə edib ki, III mərhələdə Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür:
"İşğaldan əvvəl buradakı dəmir yolu infrastrukturundan mütəmadi istifadə edən insanlar uzun illərdir bu günləri səbrsizliklə gözləyirdilər. İndi bura yenidən çiçəklənir, işğaldan azad olunmuş ərazilərimizə həyat yenidən qayıdır".
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0