Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin Almaniya və Fransa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

© REUTERS / SPUTNIK/Sergey GuneevVladimir Putin
Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 12.03.2022
Abunə olmaq
Almaniya və Fransa liderlərinin Ukraynada humanitar vəziyyətlə bağlı qaldırdıqları suallarla əlaqədar Vladimir Putin işin real vəziyyəti barədə məlumat verib.
BAKI, 12 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.
Almaniya və Fransa liderlərinin Ukraynada humanitar vəziyyətlə bağlı qaldırdıqları suallarla əlaqədar Vladimir Putin işin real vəziyyəti barədə məlumat verib. Xüsusilə, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulmasına dair çoxsaylı faktlar göstərilib.
Eyni zamanda, qeyd olunub ki, millətçi batalyonlar əhalinin xilas edilməsi əməliyyatlarını sistemli şəkildə pozur, təxliyə etmək istəyərkən mülki şəxsləri qorxudur. Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu bu cür əməlləri dayandırmaq üçün Ukrayna hakimiyyətinə təsir göstərməyə çağırıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq on yeddi gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0