QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İki hərbi qulluqçumuz minaya düşüb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşən hərbi qulluqçular xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
BAKI, 28 noyabr - Sputnik. Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb. Bu barədə APA-ya DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.
E.Zahidov bildirib ki, hadisə rayonun Şukürbəyli kəndində qeydə alınıb.
Hadisə zamanı Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Hər iki hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib ki, hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
0