Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvaya ABŞ-dan vacib qonaq gəlib: O, Lavrovun müavini ilə görüşdü

© AP Photo / Boris GrdanoskiAmerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland, arxiv şəkli
Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Sergey Ryabkov qeyd edib ki, onun ölkəsi anti-Rusiya hərəkətlərini cavabsız qoymayacaq, lakin Moskva gərginlik istəmir.
BAKI, 12 oktyabr — Sputnik. ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Sergey Ryabkov qeyd edib ki, onun ölkəsi anti-Rusiya hərəkətlərini cavabsız qoymayacaq, lakin Moskva gərginlik istəmir.
“Biz son bir neçə ildə hər iki tərəfə tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırmağı təklif etdik”, - Rusiya XİN-in məlumatında qeyd olunub.
Görüşdə Rusiyanın müdafiə nazirinin müavini A. V. Fomin də iştirak edib.
11.09.2021 -17:00
Moskvaya ABŞ-dan vacib qonaq gəlib: O, üç gününü Rusiya paytaxtında keçirəcək.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibinin müavini Viktoria Nuland Moskvaya üçgünlük səfərə gəlib.
Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Nuland Moskvada baş tutacaq görüşlərin əsas mövzusunu stabil və proqnozlaşdırıla bilən münasibətlər adlandırıb.
Qeyd edək ki, ABŞ Dövlət katibinin müavini 11-13 oktyabr tarixlərində Rusiya paytaxtında səfərdə olacaq. Onun Rusiya XİN-də və digər qurumlarda görüş keçirəcəyi gözlənilir.
Xəbər lenti
0